Sabah "ASAN xidmət" işləyəcəkmi? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət
14:55 / 31.08.2024
8915
Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı səsvermə günü "ASAN xidmət" mərkəzlərində qeyri-iş günü olacaq.
Sfera.az xəbər verir ki, bu barədə "ASAN xidmət" mərkəzi məlumat yayıb.
Məlumatda bildirilib ki, vətəndaşlar həmin gün yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidmətindən yararlana bilərlər.