Azərbaycanın yaşatdığı və təbliğ etdiyi adət-ənənələri özünəməxsusluğu ilə seçilir

Azərbaycanın yaşatdığı və təbliğ etdiyi adət-ənənələri özünəməxsusluğu ilə seçilir

Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlardan biridir. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycanın inkişafı mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olub. Azərbaycan xalqı dövlətçilik tarixinə, ənənələrinə bağlı bir xalqdır. Dövlətimizin qədim tarixə malik olduğunu üzərində izlər qalmış abidələrimiz sübut edir.

 

Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri də onun adət və ənənələri və yüksək mənəvi dəyərləridir.

 

Bu baxımdan qloballaşan dünyada milli adət-ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir xalqın mədəni simasını göstərir. Müxtəlif tarixi şəraitlərlə üzləşən Azərbaycan xalqı ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə, eləcə də milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində bu günədək özünəməxsusluğunu qoruyub saxlaya bilib. Bunun nəticəsidir ki, xalqımız tərəfindən əsrlər boyunca yaradılan və yaşadılan milli-mənəvi irsimizin böyük bir hissəsi bu gün müxtəlif sferalarda qorunub saxlanılıb.

 

Ümummilli Lider Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində dövlətçilik ənənələri, milli ənənələr nəzərə alınaraq ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində ciddi dəyişikliklər edilib və uğurlar qazanılıb. Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən, iqtisadi sahədə dünyada ən böyük nailiyyətləri əldə edən ölkə olaraq dünyada söz sahibinə çevrilib. Dünyaya inteqrasiya olunduğumuz zamandan Azərbaycan milli-mənəvi dəyərləri, sənəti, mədəniyyəti ilə heyrət doğura bilib. Bu dəyərlərin əsasında xalqın tarixi köklərini, mədəniyyətini, qəhrəmanlığını, məişətini, sosial həyatını əks etdirən faktorlar dayanır.

 

Prezidentin Sərəncamı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, Xalça Muzeyinin inşası, regionlarda yeni muzey və musiqi məktəblərinin yaradılması və s. qədim və zəngin mədəni irsə olan diqqətdir. Həmçinin ömrünü Azərbaycanın gələcəyinə həsr edən ziyalıların yubiley mərasimlərinin keçirilməsi, fəxri ad və mükafatların verilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamlar milli dəyərlərimizə verilən qiymətin bariz nümunəsidir.

 

Bəli, mənəvi aləmimizi zənginləşdirən, milli vəhdətimizi təmin edən dəyərlərimiz sayəsində biz var olmuşuq və bu gün də varıq. Dünya xalqları arasında öz qədim milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya mədəni irsində bundan sonra da özünəməxsusluğu ilə seçiləcək. O cümlədən bu gün Azərbaycan elminin inkişafı, dünya elminə inteqrasiyası istiqamətində həm dövlət, həm də elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan elm adamları, ziyalılar tərəfindən məqsədyönlü, kompleks tədbirlər həyata keçirilir.

 

Fəxrlə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə, incəsənətə və elmə qayğıkeşliyi bu gün dövlət başçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

 

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...