Ukraynadan Rusiyaya daha bir ZƏRBƏ - Ölənlər və yaralananlar var

Ukraynadan Rusiyaya daha bir ZƏRBƏ - Ölənlər və yaralananlar var

Ukrayna və Rusiya arasında qarşılıqlı hücumlar davam edir.

 

Sfera.az bildirir ki, Ukrayna növbəti dəfə Rusiyanın sərhəd bölgəsi olan Belqorodu hədəfə alıb. Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov açıqlama verib.

 

O, dünən axşam saatlarında həyata keçirilən hava zərbələri nəticəsində biri qadın olmaqla 5 nəfərin hadisə yerində öldüyünü, 6-sı uşaq olmaqla 37 mülki vətəndaşın yaralandığını bildirib. Həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verən Qladkov 3-ü uşaq olmaqla 10 yaralının vəziyyətinin ağır olduğunu qeyd edib.

 

Hücum nəticəsində binaların, o cümlədən ən azı 20 avtomobilin zərər gördüyünü deyən Qladkov əraziyə gedərək səlahiyyətlilərdən məlumat alıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR