Kamçatkada yoxa çıxan helikopterin göyərtəsində 22 nəfər olub - YENİLƏNDİ

Kamçatkada yoxa çıxan helikopterin göyərtəsində 22 nəfər olub - YENİLƏNDİ

Kamçatkada yoxa çıxan “Mi-8T” helikopterinin göyərtəsində 22 nəfər ola bilər.

 

Sfera.az xəbər verir ki, bu barədə “İnterfaks” Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

“İlkin məlumata görə, helikopterin göyərtəsində 22 nəfər olub: 3 ekipaj üzvü və 19 sərnişin”, - məlumatda deyilir.

 

Qurumun məlumatına görə, helikopter Vaçkajets vulkanı ərazisindəki ərazidən Nikolayevkaya (Yelizovo hava limanından 17 km cənub-qərbdə yerləşir) uçurdu, lakin təyin olunmuş vaxtda (Moskva vaxtı ilə təxminən saat 07:15) helikopter ekipajı əlaqəyə çıxmayıb.

 

“Axtarışlar üçün digər “Mi-8” helikopteri havaya qaldırılıb”, - Rosaviasiyadan əlavə edilib.

 

İnsidenti ilə əlaqədar Kamçatka Nəqliyyat Prokurorluğu uçuşların təhlükəsizliyi sahəsində qanunvericiliyə əməl olunub-olunmaması ilə bağlı yoxlama aparır.

 

***

11:37

 

Rusiyanın Kamçatka diyarında göyərtəsində 3 ekipaj üzvü olan “Mi-8” helikopteri yoxa çıxıb.

 

Sfera.az xəbər verir ki, bu barədə əməliyyat xidmətləri məlumat yayıb.

 

“Mi-8” helikopteri Vaçkajets vulkanı - Nikolaevka kəndi marşrutu ilə hərəkət edib və təyin olunmuş vaxtda təyinat yerinə enməyib, ekipaj ilə əlaqə qurmaq mümkün deyil.


OXŞAR XƏBƏRLƏR

“İranın nüvə silahı olmayacaq” - Netanyahu

“Biz İranın nüvə layihəsini ləğv etmişik və əgər kimsə onu canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət e...

Rusiyada dollar və avro BAHALAŞDI

Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.   Sfera.az xəbər verir ki, bu barədə RBM-in saytında ...

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.   Sfera.az...

12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?

İran 12 günlük münaqişə nəticəsində İsrailə 550-yə yaxın raket və 1000-dən çox pilotsuz uçuş aparatı atıb.   Sfera.az xəbər verir ki, bunu İsrail Baş...

Erməni deputatın Rusiyaya girişinə qadağa qoyuldu

Ermənistan Milli Assambleyasının hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Xaçatur Sukiasyanın Rusiyaya girişinə qadağa qoyulub.  ...