Putin həbs olunacaq? - Sentyabrın 3-də...


Putin həbs olunacaq? - Sentyabrın 3-də...

Ukrayna Xarici İşlər Nazirliyi Vladimir Putinin səfər etməyi planlaşdırdığı Monqolustan hakimiyyətinə Rusiya prezidentinin həbsi ilə bağlı müraciət edib.
 

Sfera.az xəbər verir ki, müraciət Ukrayna Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
 

Nazirlik bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) yurisdiksiyasını qəbul edən Monqolustan Rusiya liderini orderi icra etməyə və həbs etməyə borcludur. "Putin və Rusiya Federasiyasının digər hərbi-siyasi rəhbərliyi ədalət qarşısında çıxış etməlidir", - Ukrayna Xarici İşlər Nazirliyi qeyd edib.


Cümə günü dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremlin Vladimir Putinin Monqolustana gözlənilən səfəri ilə bağlı “narahatlığı yoxdur”. Onun sözlərinə görə, Moskva ilə Ulan-Bator arasında əla dialoq qurulub və prezidentin səfərinin bütün aspektləri “diqqətlə hazırlanıb”.
 

Putin sentyabrın 3-də Monqolustana rəsmi səfər edəcək. Orada dövlət başçısı Sovet və Monqolustan silahlı qüvvələrinin Xalxin-Qol çayında yapon militaristləri üzərində birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etməsi nəzərdə tutulub.



İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR