Günə beş milyon qazandılar

Günə beş milyon qazandılar

ABŞ-ın "White Ops” şirkəti xüsusi araşdırma apararaq müəyyən edib ki, rusiyalı kiber fırıldaqçılar gün ərzində 250 min saxta sayt vasitəsilə 5 milyon dollar reklam gəliri əldə etməyə imkan verən xüsusi mexanizm yaradıblar.
 
İKT.lent.az-ın "The New York Times”a istinadən verdiyi xəbərə görə, "Methbot” adlı mexanizm bu ilin sentyabrında yaradılıb və hazırda istifadə olunur. Bundan başqa, hakerlər real istifadəçi fəaliyyətini imitasiya edən 570 mindən çox bot-proqramın operatorudur.
 
"White Ops” təşkilatının yaradıcısı Maykl Tiffani reklamvericiləri bu fırıldaqçı sistem barədə məlumatlandırdığını söyləyib. O deyib ki, hakerlər hər hansı videoya 1000 baxış zamanı 13 dollar gəlir əldə edir. Bu, onlara gün ərzində 3 milyon dollardan 5 milyon dollara qədər pul qazanmağa imkan verir.
 
Ekspertlər bu haker qrupu ilə ABŞ serverlərinə hücum edən siyasi motivasiyalı hakerlər arasında əlaqəyə dair sübut olmadığını bildirirlər.



OXŞAR XƏBƏRLƏR

Azərbaycanlıların Həmrəylik Xartiyası - Sənəd özündə hansı prinsipləri əks etdirir?

Azərbaycan diasporunun fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən konseptual sənədlərdən biri də Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasıdır. ...

Azərbaycanda bu şəxslərə ev veriləcək

"Çernobıl qəzasında əziyyət çələnlərin mənzil məsələsi qısa müddətdə həll olunacaq".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və...

Dünyanın ən güclü pasportları açıqlandı - SİYAHI

Beynəlxalq səyahət azadlığı insanların rahat hərəkətini təmin edən əsas amillərdən biridir. Bu azadlıq isə birbaşa vətəndaşların pasport gücü ilə əlaqəlidir. Hə...

Bakıda bir milyonluq dələduzluq edənə HÖKM OXUNDU

Bakıda bir milyon manata yaxın dələduzluq etməkdə təqsirləndirilən Ceyhun Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.   Sfera.az APA...

Bakının yerinə 2 şəhərdən biri paytaxt ola bilər - AÇIQLAMA

"Ağdamda və Xankəndidə Azərbaycanın yeni paytaxtı salına bilər".   Sfera.az xəbər verir ki, bunu "Yeni Sabah"a Mətbuat Şurasının ...

Manatın məzənnəsi bu sektorda maksimuma çatdı

2025-ci ilin yanvarında Azərbaycan manatının nominal məzənnəsi qeyri neft-qaz sektoru üzrə bir qədər də bahalaşaraq 2000-ci ildən bəri ən ən yüksək səviyyəyə ça...