Çin ABŞ-yə Ukraynadakı münaqişənin həlli ilə bağlı tövsiyələr verib
Birləşmiş Ştatlar qarşıdurma aparmaq və başqa dövlətləri günahlandırmaq əvəzinə, Ukrayna münaqişəsinin həlli üçün başqa ölkələrlə birlikdə çalışmalıdır.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qen Şuanq bildirib.
“Birləşmiş Ştatlar təkcə Çinin sülhü təşviq etmək səylərini görməmiş və ya eşitməmiş kimi göstərmir, həm də Ukrayna məsələlərinə dair Təhlükəsizlik Şurasında dəfələrlə yalan bəyanatlar verib və ÇXR-ə böhtan atıb. ÇXR buna qəti şəkildə qarşı çıxır və qətiyyən qəbul etmir”, - diplomat Kiyevə Qərb silahlarının tədarükü ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında bildirib .
Qenq Şuanq həmçinin əlavə edib ki, Çin tərəfi ABŞ-yə öz öhdəliklərindən yayınıb qarşıdurma yaratmaq əvəzinə, digər ölkələrlə, o cümlədən Çinlə qüvvələri birləşdirməyi tövsiyə etmək istərdi.
Bir gün əvvəl ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan ABŞ və Çinin Ukrayna böhranının müzakirəsində irəliləyiş əldə etmədiyini bildirib .
Avqustun 28-də Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, Pekin Ukrayna böhranının diplomatik yolla həllinə tərəfdardır və ABŞ-ni bu münaqişəyə görə məsuliyyəti Çinin üzərinə atmamağa çağırır .
İnci
Sfera.az