İngiltərə klubu 26 yaşlı qapıçını transfer etdi

İdman
20:33 / 30.08.2024
6008
İngiltərənin "Sauthempton" klubu Premyer Liqanın digər təmsilçisi "Arsenal"ın qapıçısı Aaron Ramsdeyli transfer edib.
Sfera.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb.
Tərəflər sonradan bu müddəti daha bir mövsüm uzatmaq imkanına malikdir.
Qeyd edək ki, 2021-ci ildən “Arsenal”ın formasını geyinən A.Ramsdeyl 78 oyuna çıxıb. Həmçinin 2021-ci ildən bəri İngiltərə millisinin heyətində 5 oyunda iştirak edib.