Qurban Qurbanov: "Daha diqqətli və ciddi olmalıyıq"

Qurban Qurbanov: "Daha diqqətli və ciddi olmalıyıq"

Daha diqqətli və ciddi olmalıyıq.

 

Sfera.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

 

Təcrübəli mütəxəssis ilk dəfə yeni formatda keçirilən turnirdə iştirak edəcəklərini bildirib:

 

"Əsas mərhələdə komanda sayı da artırılıb. Hər iştirakçı Avropa Liqasında minimum 8 oyun keçirəcək. Bu, heç də az deyil. Rəqiblərimiz arasında həm “böyük beşlik” təmsilçiləri, həm də tanış komandalar var. İlk dəfə qarşılaşacağımız rəqiblər də azarkeşlər üçün maraqlı olacaq. Liqa mərhələsinin startına qədər vaxtımız var. Bütün rəqibləri yaxından tanıdıqdan, tam təhlil etdikdən sonra ətraflı fikir bildirmək mümkündür. Daha diqqətli və ciddi olmalıyıq. Hər bir rəqibə qarşı yalnız bir matç keçirəcəyik. Ona görə də xüsusilə ev görüşlərinə daha diqqətli yanaşmalıyıq”.

 

Baş məşqçi püşkün nəticəsindən razı qaldığını qeyd edib:

 

“Püşkatmadan razı qaldım. İndi demək olar ki, əksər rəqiblər arasında bir o qədər fərq yoxdur. İstənilən komanda hər bir rəqiblə matçda istədiyi nəticəni əldə edə bilər. Bütün rəqiblərimiz ciddi komandalardır. Qarşıdakı matçlara hazırlaşacaq, komandanı daha sağlam, daha hazır etməyə çalışacağıq. Azarkeşlərimizə yaxşı, maraqlı futbol arzulayıram. Çalışacağıq ki, onlar oyunlarımızdan zövq alsınlar. Onlarla böyük futbolda görüşəcəyik”.

 

Qeyd edək ki, "Qarabağ" evdə "Ayaks" (Niderland), "Lion" (Fransa), "Malmö" (İsveç), FCSB (Rumıniya), səfərdə isə "Tottenhem" (İngiltərə), "Olimpiakos"(Yunanıstan), "Budyo Qlimt" (Norveç) və "Elfsborq"la (İsveç) qarşılaşacaq.


OXŞAR XƏBƏRLƏR

“Yaşıl yollarla gələcəyə sağlam addımlar” layihəsinə start verilir

Azərbaycan Könüllülər İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl yoll...

Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ - Partlayış olacaq

Pirəkəşküldə 14-18 iyul tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.   Bu barədə Sfera.az-a Müdafiə Nazirl...

"Rus və Azərbaycan bölmələri üzrə eyni sayda plan yeri ayrılıb" - Məleykə Abbaszadə

“Rus və Azərbaycan bölmələri üzrə dövlət sifarişi ilə ayrılan yerlərin sayı eyni səviyyədədir”.   Sfera.az xəbər verir ki, bunu Dövlət İm...

Pulsuz ali təhsil alacaq şəxslərin sayı açıqlandı

“Ali məktəblərə qəbul olanların 46,69-u dövlət hesabına təhsil almaq imkanı əldə edəcək”.   Sfera.az xəbər verir ki, bunu Dövlət İmt...

Ötən il ən çox qəbul BDU-ya olub

“Ali təhsil müəssisələrinə qəbul planları məlum olub”.   Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə,...

Şəxsiyyət vəsiqəsinin forması dəyişir - RƏSMİ

Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiri...