Çin Rusiyaya pul köçürmələrini GECİKDİRİR: “Milyardlarla vəsait...”

Çin Rusiyaya pul köçürmələrini GECİKDİRİR: “Milyardlarla vəsait...”

Bəzi rus şirkətləri Çindəki ticarət tərəfdaşlarından ödənişləri vaxtında ala bilmir və ya ödənişlərlə bağlı əlavə xərclərin yaranması halları ilə üzləşirlər.

 

Sfera.az “Reuters” Agentliyinə istinadən xəbər verir ki, son aylarda gecikmələrə daha tez-tez rast gəlinməyə başlanılıb.

 

Agentliyə məsələdən birbaşa xəbəri olan Rusiya mənbələri bildiriblər ki, on milyardlarla yuan dəyərində əməliyyatlar qeyri-müəyyən olaraq qalır. Mənbə Rusiya şirkətlərinin bir neçə aydır ki, belə hallarla üzləşdiklərini deyib.

 

“Reuters”in şərhinə görə, gecikmələrə əsas səbəb Qərbin Rusiya ilə əməkdaşlıq edən ölkələrin banklarını və şirkətlərini ikinci dərəcəli sanksiyalarla hədələməsidir. Çin bankları sanksiya ilə üzləşməmək üçün ödənişlərdən əvvəl əməliyyatlar üzrə yoxlamaları gücləndiriblər. Nəzarət tədbirlərinin artması ödənişlərin gecikməsinə səbəb olur. Mənbələr bildirirlər ki, bu ay problem daha da pisləşib:

 

“Çin dövlət bankları Rusiya ilə əməliyyatları kütləvi şəkildə dayandırır və milyardlarla yuan ödənişləri gecikdirilir”.

 

Rusiyanın ən böyük ticarət tərəfdaşı Çindir. Keçən il Rusiyanın xarici ticarətinin üçdə biri Çinlə olub. Çin Rusiyaya Qərbin sanksiyalarına tab gətirməyə kömək edən həyati vacib sənaye avadanlıqları və istehlak malları tədarük edir. İyunda ABŞ Maliyyə Nazirliyi Rusiya ilə iş görən bankları ikinci dərəcəli sanksiyalarla hədələdikdən sonra, Çin bankları Rusiya ilə əməliyyatlara ehtiyatla yanaşırlar. Rusiyanın aparıcı elektron ticarət platformalarından birindəki mənbə deyib ki, ABŞ-nin təhdidindən sonra Çinə birbaşa ödənişlər da dayandırılıb:

 

“Biz o zaman bir həll tapdıq. Lakin bu variant təxminən üç həftə çəkdi, sonra ödənişlərdə yenə çətinlik yarandı. Buna görə də ticarət həcmi kəskin şəkildə azaldı. İşləyə bilən həll yollarından biri qızıl almaq, onu Honq-Konqa aparmaq və orada satıb, pulu yerli bank hesabına yatırmaqdır. Bəzi rus şirkətləri Çin bankları tərəfindən həyata keçirilən əməliyyatların icrası və uyğunluq yoxlamalarından yan keçmək üçün üçüncü ölkələrdəki vasitəçilərdən istifadə edir. Buna görə də, əməliyyatlar üzrə xərclər 6 faizə yüksəlib. Bu, bir çox kiçik şirkətlər üçün yüksək xərcdir”.

 

“Reuters” yazır ki, rəsmi Moskva da problemin yarandığını etiraf edib: “Bu məsələ Rusiya hökumətini narahat etmir. Rusiya üçün əsas olan məsələ prioritet sahələrdə ödənişlərdir. Bu sahələrdə ödənişlərdə gecikmə yoxdur. Rusiya əsas məhsulların, o cümlədən neft və ya taxıl kimi malların ödənişini almaqda çətinlik çəkmir. Çindən mühüm texnologiyaların idxalında da böyük şirkətlər ödənişlərini rahatlıqla ala bilir. Yalnız istehlak malları satan kiçik şirkətlər çətinliklə üzləşiblər”.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR