Qəhvəni belə içmək zərərlidir – Həkim XƏBƏRDARLIQ ETDİ

Qəhvəni belə içmək zərərlidir – Həkim XƏBƏRDARLIQ ETDİ

 

Qəhvəni acqarına içmək insan sağlığı üçün müəyyən problemlər yaradır. İngiltərəli dietoloq Rob Hobson hesab edir ki, acqarına bir fincan qəhvə içmək mədə yanmasına və həzm çətinliyinə səbəb ola bilər.

 

Sfera.az İngiltərənin “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Hobsona görə, qəhvə mədənin selikli qişasını qıcıqlandıran, turşu istehsalını artıran və xoşagəlməz simptomlar yarada bilən yüksək turşulu içkidir.

 

O əlavə edib ki, bəzi insanlarda kofein qəbulu qida borusunun aşağı sfinkterini rahatlaşdırır, bu isə turşunun yemək borusuna axmasına və mədə yanması hissini yaradır. Dietoloq hesab edir ki, kofe hansısa yeməklə qəbul edilsə, bu təsirin qarşısını almaq olar. Bununla belə Hobson qeyd edib ki, qəhvəyə reaksiya orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. Əgər xoşagəlməz simptomlar müntəzəm olaraq ortaya çıxsa, dietoloq bu içkini menyudan çıxarmağı və ya istehlakını əhəmiyyətli dərəcədə azaltmağı tövsiyə edir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...