"Naməlum məzarlıqlar üzrə 74 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilib" - Qəzənfər Əhmədov

"Naməlum məzarlıqlar üzrə 74 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilib" - Qəzənfər Əhmədov

Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı naməlum şəhid məzarlarından 185 nəfərə aid meyit qalığı ekshumasiya edilib.

 

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri Qəzənfər Əhmədovun məqaləsində qeyd olunub.

 

Məlumata görə, naməlum məzarlıqlar üzrə 74 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilib: 

 

“Bu günədək ümumilikdə 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb. Meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 149 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb.Bundan başqa, aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarışlar nəticəsində cari ilin iyul ayının 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılmış meyit qalıqlarının ekspertizası nəticəsində onların 3 mart 2022-ci ildə hava şəraitinin qəfil dəyişməsi səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun iki əsgərinə aid olduğu müəyyən edilib. Bununla da meyit qalıqları eyniləşdirilmiş itkin şəxslərin sayı 151 olub”.

 

Məqalədə həmçinin qeyd olunub ki, qazıntılar zamanı aşkarlanmış meyit qalıqlarının ilkin tədqiqi zamanı insanların dini ayinlərə riayət olunmadan, xaotik halda basdırılması, sümüklərin üzərində küt, iti və kəsici alətlərlə yetirilmiş xəsarətlər, güllə izləri, əsgər çəkmələri və digər artefaktların aşkarlanması, o cümlədən antropoloji müayinələr bu şəxslərin Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılara aid olduğunu deməyə əsas verir:

 

“Hazırda aşkar edilmiş digər meyit qalıqlarının eyniləşdirilməsi istiqamətində Dövlət Komissiyası tərəfindən zəruri işlər davam etdirilir”.
 


OXŞAR XƏBƏRLƏR

Bakının bu ərazisində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Yeni Ramana qəsəbəsinin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisinə daxil olan hissəsində 24 iyun tarixində 6 kV-luq hava xət...

ABŞ-ın Bəhreyn və Küveytdəki bazalarında hava hücumu XƏBƏRDARLĞI

ABŞ-nin Bəhreyn, Küveyt və Qətərdəki bazalarında hava hücumu xəbərdarlığı elan edilib.   Sfera.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya ...

Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib - VİDEO

Aşağı Güzdək qəsəbə məscidinin imamı Turab Tahirovun Quran dərslərinə qatılan 16 yaşlı qızı qaçırması ilə bağlı yayılan məlumatlar bir neçə gündür ict...

Tramp təcili iclas ÇAĞIRDI

ABŞ Prezidenti Donald Tramp İranın Amerika hərbi bazalarına zərbələrindən sonra ABŞ-ın ali rəhbərliyini təcili iclasa çağırıb.   Sfera.az xəbər ...

Qətər XİN: İranın təcavüzunə birbaşa cavab vermək hüququmuz var

Qətər “Sepah”ın “Əl-Üdeyd” bazasına raket hücumunu “Qətərin suverenliyinin və hava məkanının, həmçinin BMT Nizamnaməsinin pozulmas...

Kiberhücumlarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Bu günlərdə internet mühitində təxminən 16 milyard istifadəçi adı və parolun yer aldığı nəhəng məlumat bazasının qeyri-qanuni şəkildə yayılması faktı məlum olub...