Monqolustanda qızılcaya yoluxanların sayı 13-ə yüksəldi


Monqolustanda qızılcaya yoluxanların sayı 13-ə yüksəldi

Monqolustanda qızılcaya yoluxanların sayı 13-ə yüksəlib.

 

Sfera.az xəbər verir ki, bu barədə TASS-a ölkənin Səhiyyə Nazirliyində qızılca ilə mübarizə üzrə yaradılmış qərargahdan bildirilib.

 

“30 avqust 2024-cü il tarixinə Monqolustanda qızılcaya daha 1 yoluxma halı aşkar edilib. Peyvənd olunmamış 5,8 min uşaq və tibb işçisi, eləcə də dövlət qurumlarının əməkdaşlarının peyvəndlənməsi davam edir”, - məlumatda deyilir.

 

Çingizxan Beynəlxalq Hava Limanında ölkəyə daxil olanlar arasında qızılca xəstəliyinin əlamətlərinin olub-olmaması ilə bağlı yoxlamalar davam edir.

 

Qızılca xəstəliyinin yayılmasının qarşısını almaq üçün yeni dərs ili başlamazdan əvvəl bütün uşaqlar peyvənd olunacaq.

 

Əvvəllər Səhiyyə Nazirliyi qızılcaya yoluxma hallarının bir gündə iki dəfə artdığı Rusiya ilə həmsərhəd olan Monqolustan vilayətinə (bölgəsinə) səyahəti məhdudlaşdırmağı tövsiyə etmişdi. (Report)


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ödənişli yoldan istifadə üçün xüsusi kartların satışına başlanılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün sürətli keçid kartının satış...

Gülben Ergenin bu hərəkəti vəkillərin etirazına səbəb oldu

Məşhur müğənni Gülben Ergenin Narin Güran işi üzrə məhkəmə zalına buraxılıb.    Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğən...

Ərdoğan və Paşinyan Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşdülər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin V Sammiti çərçivəsində danışıbla...

Hikmət Mirzəyevə general-polkovnik hərbi rütbəsi verildi

Müdafiə Nazirliyi Quru Qoşunlarının komandanı Hikmət Mirzəyevə general-polkovnik hərbi rütbəsi verilib.   Sfera.az xəbər verir ki, bu barədə Preziden...

Demokratların məğlubiyyətinə səbəb LGBT məsələsidir? - AÇIQLAMA

ABŞ-də ilk dəfə olaraq qadın LGBT mənsubu senator seçilib.  Belə ki, Viskonsində Senata seçkilərdə demokratların namizədi, 42 yaşlı Temmi Bolduin respublik...

Prezident bu şəxslərə ali hərbi rütbələr verdi - ADLAR

Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.   Sfera.az xə...