Həyət evində yaşayanların DİQQƏTİNƏ - Cərimələnə bilərsiniz

Həyət evində yaşayanların DİQQƏTİNƏ - Cərimələnə bilərsiniz

Əmlak və torpaq vergisini ödəməyən şəxslərin borclarının üzərinə dəbbə pulu gələcək. Ödəməyən şəxslərdən isə həmin məbləğ məhkəmə qaydasında tələb ediləcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Bələdiyyələrin Onlayn Xidmət Mərkəzinin direktoru Adil Əhmədov məlumat verib. Bələdiyyələr artıq real rejimdə ərazilərindəki vətəndaşların vergilərinin hesablanmasını həyata keçirirlər. Vergi qanunvericiliyinə əsasən, vətəndaş ona bildirişdə göstərilən vergi borcunu ödəməlidir. Yeni qaydaya əsasən, vergi borcunu ödəməyən şəxslərin məsələləri bələdiyyələr tərəfindən ərazi üzrə icra probasiya şöbələrinə təqdim edilir və ödəniş məhkəmə yolu ilə alınır.

 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu, yalnız çıxarışı olan evlərə şamil olunur:

 

"Bu, çıxarışı olan və mülkiyyət hüququ tanınan əmlaklara şamil olunur. Bu kriteriyaya uyğun olan hər bir əmlak, torpaq əmlak vergisinə cəlb olunur. Həyət evi olanlar həm torpaq, həm də tikinti vergisi ödəyirlər, bina evləri isə sadəcə tikinti vergisini ödəyir. Əlavə dəbbə ödənilməsi isə ödəniləcək verginin üzərinə gələn faiz kimi başa düşülə bilər. Əmlak vergisi mütləq şəkildə ödənilməlidir. Ödənilmədikdə, zamanla üzərində dəbbə yığılır və ödəniləcək məbləğin miqdarı daha da artır".

 

Ekspert əlavə edib ki, bəzi istisnalar var ki, həmin əmlakların çıxarışı olmasa belə, bələdiyyələrə əmlak vergisi ödənilir:

 

"Hələlik qanunvericilik əmlak vergisini yalnız çıxarışlı mənzillərə şamil edir. Amma çıxarışı olmayan daşınmaz əmlakların mülkiyyət hüququ formalaşmasa da, yaşamaq hüququ var. Bu səbəbdən bəzi ərazilərdə yerləşən evlər çıxarışı olmasa da, bələdiyyələrə əmlak vergisi ödəyir"


OXŞAR XƏBƏRLƏR

Ürək xəstələrinin diqqətinə: Sabah təhlükəli ola bilər

Həftə sonu günəş aktivliyinin artması gözlənilir.   Sfera.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz...

Telekanallarda daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.   Sfera.az xəbər verir ki, Audioviziual Şuradan Trend-in sorğ...

Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə radioaktiv maddələrin mövcudluğu ilə bağlı aparılan araşdırmalara İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) cəlb olunub. ...

Türkiyədə PKK terrorçusu 31 ildən sonra azadlığa buraxıldı

Türkiyədə PKK terror təşkilatının üzvü Veysi Aktaş İmralı həbsxanasından azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə ANKA agentliyinə is...

Azərbaycanda kredit faizlərinin ən yüksək olduğu REGİONLAR

Ölkə üzrə ən yüksək kredit faizlərinin olduğu bölgələr məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında bildirilib. &nb...

Tələbənin sosial kredit alması üçün bal tələbi var? - RƏSMİ

Ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunmuş şəxslərin sənəd qəbulu prosesinə start verilib.   2025-2026-cı tədris ilinin payız semes...