Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirdi -FOTO


Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirdi -FOTO

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən deputatlığ anamizəd Qüdrət Həsənquliyev seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib.

 

ƏHD Partiyası mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Qüdrət Həsənquliyev görüşdə özü haqqında, fəaliyyəti və seçki platforması barədə məlumat verib.

 

Daha sonra Azərbaycanın ən ağır probleminin- torpaqlarımızın işğaldan azad edilməsinin, separatçıların Azərbaycan ərazisindən təmizlənməsinin tarixi əhəmiyyətinə toxunub.

 

ƏHD Partiyasının sədri eyni zamanda məhkəmə-hüquq sistemi, iqtisadiyyat, təhsil və digər sahələrdə islahatların dərinləşdirilməsinin vacibliyindən danışıb, parlamentin nəzarət imkanlarının genişləndirilməsinin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.

 

Qüdrət Həsənquliyev həmçinin seçiciləri seçkidə aktiv iştirak etməyə çağırıb.

 

Xatırladaq ki, Qüdrət Həsənquliyev seçki kampaniyası çərçivəsində seçicilərlə çoxsaylı fərdi, eyni zamanda açıq və qapalı məkanlarda kütləvi görüşlər keçirib.


OXŞAR XƏBƏRLƏR

“Turan Tovuz”un yeni transferi

“Turan Tovuz” yeni transfer həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.   Məlum...

Bayat çörəyi torpağa basdırın - SƏBƏBİ

Çörək evlərdə ən çox israf edilən qidalardandır. Xüsusilə bayat çörək tez-tez atılır. Onu atmaq əvəzinə torpağa basdırmaqla gözəl təbii gübrəyə çevirə bilərsini...

Ürək xəstələrinin diqqətinə: Sabah təhlükəli ola bilər

Həftə sonu günəş aktivliyinin artması gözlənilir.   Sfera.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz...

Telekanallarda daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.   Sfera.az xəbər verir ki, Audioviziual Şuradan Trend-in sorğ...

Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə radioaktiv maddələrin mövcudluğu ilə bağlı aparılan araşdırmalara İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) cəlb olunub. ...

Türkiyədə PKK terrorçusu 31 ildən sonra azadlığa buraxıldı

Türkiyədə PKK terror təşkilatının üzvü Veysi Aktaş İmralı həbsxanasından azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə ANKA agentliyinə is...