Gülşən Paşayeva Qalada məhəllə görüşü keçirdi -FOTO

Gülşən Paşayeva Qalada məhəllə görüşü keçirdi -FOTO

Avqustun 29-da 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Gülşən Paşayeva Binə Mədəniyyət Mərkəzində Milli Məclisə növbədənkənar seçkilər günü müşahidə aparacaq şəxslərlə görüşüb.

 

Sfera.az xəbər verir ki, Gülşən Paşayeva seçkilərin müşahidəsi ilə əlaqədar görüləcək işlər, atılacaq addımlar və təşkilati məsələlər barədə söhbət aparıb. Müşahidəçilərin hüquq və vəzifələri, seçki qanunvericiliyinin pozulmasına görə məsuliyyət, qanunvericilikdə təsbit olunmuş digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verilib. Müşahidəçilərin əsas vəzifəsinin seçki prosesinin şəffaf və qanunauyğun keçirilməsini təmin etmək olduğunu diqqətə çatdıran Gülşən Paşayeva onları da səsvermə prosesində aktiv iştirak etməyə çağırıb.

 

Görüş zamanı müşahidəçilərin sualları cavablandırılıb və təklifləri qeydə alınıb.

 

Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində avqustun 29-da 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizədliyini irəli sürmüş Gülşən Paşayevanın seçicilərlə məhəllə görüşü də keçirilib. Görüş Qala qəsəbəsində baş tutub.

 

Görüşdə sakinlər onları narahat edən və həll olunmasını arzuladıqları problemlər barədə Gülşən Paşayevaya məlumat veriblər.

 

Evlərin sənədləşdirilməsi, sakinlərin qeydiyyata salınması, uşaq bağçası və meydançasının olmaması seçiciləri narahat edən əsas problemlərdir.

 

Daha sonra namizəd Gülşən Paşayeva yerli sakinlərin qaldırdığı məsələləri diqqətlə dinləyib, əgər deputat seçilərsə, dövlət qurumları, yerli icra orqanları və bələdiyyələrlə birgə sağlam əməkdaşlıq çərçivəsində qaldırılan bütün məsələlərin həlli üçün səylə çalışacağını bildirib. O, ölkənin gələcəyi üçün doğru qərar verməyə və daha güclü bir Azərbaycan üçün seçiciləri seçkilərdə fəal iştirak etməyə çağırıb.

 

Sonda görüş iştirakçıları onlara xüsusi diqqət və qayğı ilə yanaşan Gülşən Paşayevaya minnətdarlıqlarını bildiriblər və növbədənkənar parlament seçkilərində ona səs verəcəklərini əminliklə ifadə ediblər.


OXŞAR XƏBƏRLƏR

“Turan Tovuz”un yeni transferi

“Turan Tovuz” yeni transfer həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.   Məlum...

Bayat çörəyi torpağa basdırın - SƏBƏBİ

Çörək evlərdə ən çox israf edilən qidalardandır. Xüsusilə bayat çörək tez-tez atılır. Onu atmaq əvəzinə torpağa basdırmaqla gözəl təbii gübrəyə çevirə bilərsini...

Ürək xəstələrinin diqqətinə: Sabah təhlükəli ola bilər

Həftə sonu günəş aktivliyinin artması gözlənilir.   Sfera.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz...

Telekanallarda daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.   Sfera.az xəbər verir ki, Audioviziual Şuradan Trend-in sorğ...

Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə radioaktiv maddələrin mövcudluğu ilə bağlı aparılan araşdırmalara İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) cəlb olunub. ...

Türkiyədə PKK terrorçusu 31 ildən sonra azadlığa buraxıldı

Türkiyədə PKK terror təşkilatının üzvü Veysi Aktaş İmralı həbsxanasından azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə ANKA agentliyinə is...