Bu xəstəliyi qripdən ayırmaq çətindir - DİQQƏT!


Bu xəstəliyi qripdən ayırmaq çətindir - DİQQƏT!

Pnevmoniya ciddi bir xəstəlikdir. Ağciyərlərdə iltihab prosesinin inkişafı ilə təyin olunur. Uşaqlarda həmin xəstəlik çox vaxt tənəffüs sisteminin tam yetişməməsi, həmçinin bəlğəmi tam öskürə bilməməsi səbəbindən ağır gedişə malik olur.

 

Sfera.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açıqlayıb.

 

Onun sözlərinə görə, patoloji proses antibiotiklərin və simptomatik dərmanların məcburi təyin edilməsi, ağır hallarda isə uşağın xəstəxanaya yerləşdirilməsini tələb edir:

 

“Uşaqlarda pnevmoniya diaqnozunun çətinliyi ondadır ki, xəstəliyin ilk əlamətləri praktiki olaraq soyuqdəymə və ya qripin simptomlarından fərqlənmir. Belə ki, pnevmoniyanın bakterial formasının klinik mənzərəsini qripdən ayırmaq çətindir. Simptomlara üşütmə, qızdırma, artan tərləmə, öskürək, təngnəfəslik, ürək döyüntüsünün artması daxildir”.

 

İ.Axundova qeyd edib ki, valideynlər sətəlcəm və ya tənəffüs sisteminin digər patologiyalarının ən kiçik bir əlaməti olduqda dərhal uşaqları ilə həkimə müraciət etməlidirlər. Uşağın sətəlcəm olduğuna dair hər hansı bir şübhə varsa, bu, tibb müəssisəsinə müraciət etmək üçün ciddi bir meyardır. Vaxtında yardım olmadığı halda, xəstə uşaqda xroniki bronxopulmonar pozulmalar inkişaf edə bilər. (Publika.az)


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...