"Heç bir sülhdən söhbət gedə bilməz" - Rusiya XİN

Siyasət
15:13 / 29.08.2024
4931
“Ukraynanın Kurska hücumu yaxın gələcəkdə Kiyevlə sülh danışıqlarını mümkünsüz edir”.
Sfera.az bildirir ki, bunu Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib, indi heç bir sülh təşəbbüsündən söhbət gedə bilməz:
“Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olması onların Rusiya prezidentinin sülh təşəbbüsünə bir növ cavabı idi”.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da Kurska hücum edib. Bundan sonra Rusiya Prezidenti Vladimir Putin Kiyevlə danışıqların aparılmasına şübhə ilə yanaşdığını bildirib.
Günay