Zelenski müharibəyə son qoyacaq yeni planı Tramp və Harrisə TƏQDİM EDƏCƏK

Zelenski müharibəyə son qoyacaq yeni planı Tramp və Harrisə TƏQDİM EDƏCƏK

Zelenski Ukrayna savaşına son qoyacaq yeni plan üzərində işlədiklərini açıqlayıb.

 

Sfera.az bildirir ki, bu barədə o, Ukraynanın müstəqilliyinin 33-cü ildönümü ilə bağlı Kiyevdə keçirilən forumda çıxışı zamanı danışıb. Zelenski qeyd edib ki, planı gələn ay ABŞ Prezidenti Co Baydenə və prezidentliyə namizədlərə təqdim etməyə hazırlaşır.

 

“Plan tam hazır olduqdan sonra ABŞ prezidentliyinə iki namizəd Donald Tramp və Kamala Harrisə təqdim olunacaq. Bunun bizim köhnə 10 bəndlik sülh planımızla heç bir əlaqəsi yoxdur. Lakin son məqsəd Ukraynanın bu müharibədə qalib gəlməsidir. Ordumuzun avqust ayında Rusiyanın Kursk vilayətində keçirdiyi hərbi əməliyyat da bu yeni planın tərkib hissəsidir. Ümid edirik ki, plan payıza qədər dəqiqləşdiriləcək və ikinci Ukrayna sülh konfransına hazır olacaq”, - Ukrayna lideri bildirib.

 

Onun bu açıqlamasına Rusiyadan da reaksiya gəlib. Kremlin sözçüsü Dmitri Peskov “Kiyev rejiminin yeni planları ilk dəfə deyil. Hazırda Ukraynada kimin hakimiyyətdə olduğunu yaxşı bilirik. Müharibə bütün məqsədlərimizə çatana qədər davam edəcək” deyib.

 

Xatırladaq ki, bundan əvvəl Zelenski 15 noyabr 2022-ci ildə keçirilən G20 sammitində 10 maddədən ibarət “Sülh Formulu” planını açıqlamışdı.  Plan Rusiya qoşunlarının Ukrayna ərazisindən qeyd-şərtsiz və tam çıxarılmasını nəzərdə tuturdu. 

 

Günay 

 


OXŞAR XƏBƏRLƏR

Mədəni-maarif proqramlarının cəmiyyətə təsiri danılmazdır

Müasir cəmiyyətlərin inkişaf səviyyəsini müəyyən edən başlıca göstəricilərdən biri maarifləndirmə və təhsilə verilən əhəmiyyət, eləcə də bu sahələrdə tətbiq olu...

Azərbaycanda kazinoların açılması fayda verəcək? - RƏY

Son günlər sosial şəbəkələrdə Azərbaycanda kazinoların açılması mövzusu müzakirə obyektinə çevrilib.   Maraqlıdır, ölkəmizdə kazinoların açılması nə ...

Bakıda içməli su xəttində qəza: ADSEA hərəkətə keçdi

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

Xaçmazda AĞIR QƏZA – Xəsarət alanlar var

Xaçmaz şəhərində 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası qeydə alınıb.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, &l...

Azərbaycanda hər 3 kişidən biri siqaret çəkir - Tədqiqat

Azərbaycanda yaşı 15-dən yuxarı olan hər 3 kişidən biri siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinin tədqiqatına istinadən xəbər verir ki, 2...

İlham Əliyev Belarusu Dünya Şəhərsalma Forumunda iştiraka DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Belarusu Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunda yaxından iştiraka dəvət edib.   Sfera.az xəbər v...