Göydəniz Qəhrəmanov seçicilərlə görüşdü - FOTOLAR

Milli Məclisə keçirilən seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə namizədliyi qeydə alınan Göydəniz Qəhrəmanov seçicilərlə növbəti görünüşünü keçirib.
Sfera.az xəbər verir ki, G.Qəhrəmanov görüş zamanı seçicilərə müxtəlif dövrlərdə çalışdığı sahələr üzrə fəaliyyəti və əldə etdiyi uğurlardan danışıb, seçki platformasında yer alan istiqamətlər və məqsədləri haqqında geniş məlumat verib. Görüşdə həmçinin seçiciləri narahat edən aktual məsələlər müzakirə edilib, onların fikirləri dinlənilib və sualları cavablandırılıb.
G.Qəhrəmanov qeyd edib ki, ona etimad göstəriləcəyi təqdirdə səlahiyyətləri çərçivəsində problemlərin həlli istiqamətində bütün imkan və bacarıqlarını əsirgəməyəcək.
Görüşdə professor Rəna Mirzəzadə də iştirak edib. O, seçkinin və səsvermənin vacibliyinə toxunaraq sakinləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Altay