ABŞ Sakit okeanda narkotik vasitələrin ticarətini azaltmağa ÇALIŞIR
Dünya
13:33 / 29.08.2024
6215
ABŞ Sakit okean regionunda narkotik vasitələrinin ticarətini azaltmaq üçün regionun ada dövlətləri ilə əməkdaşlıq edəcək.
Sfera.az "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Kurt Kempbell deyib.
"Birləşmiş Ştatlar narkotik vasitələrin ticarəti ilə mübarizəyə dəstək verməkdə qətiyyətlidir və gələn həftə Sakit okean regionunda narkotik vasitələrlə bağlı qanunların icrasının təmin edilməsi tədbirləri barədə açıqlama verəcək", – o bildirib.
K.Kempbellin sözlərinə görə, Vaşinqton Çin və Cənub-Şərqi Asiyada yaradılmış bəzi qrupların Latın Amerikası və ABŞ-yə yük nəqli üçün Sakit okeandan istifadə etməyə başlamasından narahatdır.