Avropalılar hibrid avtomobillərə üstünlük verir - SƏBƏB

Avropalılar hibrid avtomobillərə üstünlük verir - SƏBƏB

Avropada son bir ildə elektrik və plugin hibrid (elektrik yükləmə imkanı olan - red.) avtomobillərə tələb azalıb, sadə hibrid avtomobillərə tələb isə kəskin artıb. 


Sfera.az Avropa Avtomobil İstehsalçıları Birliyinin məlumatlarına istinadən xəbər verir ki, Avropa Birliyində yeni avtomobil satışları iyulda keçən ilin eyni ayına nisbətən 0,2 faiz artıb. 


Müqayisə edilən dövrdə elektrik avtomobillərin satışı 10,8 faiz, plugin hibrid avtomobil satışları 14,1 faiz azalıb. Hibrid avtomobillərin satışları isə 25,7 faiz artıb. 


Avropalı ekspertlərin fikrincə, hibrid avtomobillərlə müqayisədə digərlərinin satışının azalması həmin avtomobillərin praktikada özünü sadə hibrid avtomobillərlə müqayisədə doğrultmaması ilə bağlıdır. Sadə hibridlərdən fərqli olaraq elektrik və plugin hibrid avtomobillərə kənardan elektrik yüklənməlidir. Buna görə də hər dəfə yanacaqdoldurma məntəqələrindən və ya fərdi vasitələrdən istifadə edilməlidir. Elektriklə yükləmə çox vaxt apardığından avtomobil sahibləri üçün əlverişli olmur. Sadə hibridlərdə isə elektriklə yükləmə dinamodan gələn cərəyanla təmin edildiyindən xüsusi xidmətə ehtiyac olmur.  


Bu səbəbdən sadə hibridlərə tələb sürətlə artır. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Əhali pulunu nəyə xərcləyir? Rəqəmlər

2024-cü ildə Azərbaycanda yaşayan əhali istehlak məqsədilə ay ərzində adambaşına 364 manat pul xərcləyib.  Sfera.az rəsmi dövlət statistikasına istina...

Nə üçün deputatlara giriş-çıxış qadağası qoyulur? - ARAŞDIRMA

Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ild...

“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-də yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işgəncələrdən Bakıya qaçması...

Bu kişilər 65 yaşından tez pensiyaya ÇIXACAQ

Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya çıxa bilər. Amma nəzərə alaq ki, uşaqların böyüdülməsində və tərbiyə olunmasında a...

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. ...

Qarşıdakı 3 gün fərqli olacaq - Bu bürclər...

Bu həftə astroloji baxımdan nisbətən sakit keçəcək. Lakin gələn həftə baş verəcək Əqrəb bürcündəki Tam Ayın təsirləri artıq özünü göstərməyə başlayır. Buna görə...