Daşaltı Dövlət Təbiət Yasaqlığında qadağan edilən hallar MƏLUM OLDU

Daşaltı Dövlət Təbiət Yasaqlığında qadağan edilən hallar MƏLUM OLDU

Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında Əsasnamədə nəzərdə tutulan qadağalar açıqlanıb.

 

Sfera.az xəbər verir ki, yasaqlığın ərazisində aşağıdakılar qadağan edilə və ya məhdudlaşdırıla bilər:

 

- geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;

 

- su, bataqlıq ərazilərinin qurudulması və meliorativ işlərinin aparılması;

 

- bitki aləmindən təsərrüfat məqsədilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi;

 

- ov və balıq ovu (balıqartırma və elmi-tədqiqat məqsədləri ilə balıq ovu istisna olmaqla), vəhşi fauna növlərinin təsərrüfat məqsədilə istifadə edilməsi və ovlanması;

 

- ətraf mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin tətbiq edilməsi;

 

- kütləvi idman və tamaşa tədbirlərinin keçirilməsi, çadırların qurulması və tonqalların yandırılması;

 

- bina və qurğuların, ümumi istifadə üçün yolların, boru kəmərlərinin və digər kommunikasiya xətlərinin tikintisi;

 

- torpaqların şumlanması, yabanı bitkilərin yığılması, kolleksiyaların toplanması, xüsusi icazə olmadan bitki və heyvanları təbii mühitdən ayırmaqla elmi tədqiqatların keçirilməsi;

 

- kənd təsərrüfatının, sənayenin, hidroenergetikanın, su nəqliyyatının və digər təsərrüfat ehtiyaclarının suya olan tələbatının ödənilməsi üçün yerüstü və yeraltı sulardan istifadə edilməsi;

 

- oduncaq tədarükü, ikinci dərəcəli meşə ehtiyatları tədarükü, meşədən əlavə istifadə və ovçuluq təsərrüfatının ehtiyacları üçün meşədən istifadəsi.

 

Qeyd edək ki, Azərbaycanın Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında Əsasnamə təsdiq edilib. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyası qərar qəbul edib.


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...