Yunanıstanda zəlzələ oldu


Yunanıstanda zəlzələ oldu

Yunanıstanda Krit adası yaxınlığında zəlzələ qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Afina Universitetinin Seysmoloji Laboratoriyası məlumat yayıb.

 

5,2 bal gücündə zəlzələ yerli vaxtla saat 19:29-da baş verib.

 

Seysmik hadisənin mənbəyi 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ Retimno şəhərindən 50 kilometr, Qavdos adasından isə 15 kilometr aralıda baş verib

 

Yerli mətbuatın məlumatına görə, yeraltı təkanlar Kritin bir çox bölgəsində hiss olunub.


OXŞAR XƏBƏRLƏR