Namizəd Gülşən Paşayevanın qapalı və açıq məkanlarda görüşləri davam edir - FOTO

Namizəd Gülşən Paşayevanın qapalı və açıq məkanlarda görüşləri davam edir - FOTO

Avqustun 28-də 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə birtərəf namizəd Gülşən Paşayevanın Binə Mədəniyyət Mərkəzində seçiciləri ilə növbəti qapalı görüşü baş tutub. Görüşdə əsasən gənc seçicilər iştirak edirdi və onların problemləri müzakirə mövzusu oldu.

 

Sfera.az xəbər verir ki, görüşdə namizəd Gülşən Paşayevanın vəkilləri - AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, siyasi elmlər doktoru, professor Rəna Mirzəzadə, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin dekanı Ayxan Rüstəmzadə, 136 saylı tam orta məktəbin direktoru Aysel Şərbətova, beynəlxalq gənclər siyasəti üzrə ekspert Məryəm Məcidova, Binə və Qala qəsəbələrində yaşayan gənc sakinlər iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan vəkil Rəna Mirzəzadə deputatlığa namizəd Gülşən Paşayevanı 20 ildən artıq bir dövr ərzində tanıdığını bildirərək onun haqqında öz xoş fikirlərini bölüşüb.

 

Vəkil Ayxan Rüstəmzadə Gülşən Paşayevanın pedaqoji, elmi və beynəlxalq sahədə əldə etdiyi nailiyyətlərdən danışıb.Deputatlığa namizəd Gülşən Paşayevanın təşviqat kampaniyası çərçivəsində gördüyü işlərdən bəhs edən Ayxan Rüstəmzadə gənc seçiciləri fəal olmağa dəvət edib.

 

Sonra çıxış edən vəkil Aysel Şərbətova gənclərin daim axtarışda olan, yeniliyi sevən, cəmiyyətin aparıcı bir qüvvəsi olduğunu qeyd edib. A.Şərbətova Gülşən Paşayevanın deputat seçiləcəyi təqdirdə səlahiyyətləri çərçivəsində gənclərin problemlərini aidiyyatı qurumlar qarşısında qaldıracağını bildirib və seçiciləri Gülşən Paşayevaya səs verməyə çağırıb.

 

Məryəm Məcidova isə gənclərin seçkilərdə iştirakının əhəmiyyətindən və onların hüquqlarını bilməsinin vacibliyindən bəhs edib. Məryəm Məcidova Gülşən Paşayevanın millət vəkili kimi seçicilərini lazımı səviyyədə təmsil edəcəyinə əminliyini ifadə edib.

 

Daha sonra Gülşən Paşayeva seçki platforması haqqında görüş iştirakçılarına geniş məlumat verib, deputat seçiləcəyi təqdirdə dövlət qurumları, yerli icra orqanları və bələdiyyələrlə seçicilərin problemlərinin həlli üçün səlahiyyətləri çərçivəsində birgə səylə çalışacağını, onlarla bərabər olacağını vurğulayıb.

 

Görüş iştirakçıları narahat edən məsələlərin müzakirəsi ilə davam edib və səmərəli fikir mübadiləsi aparılıb. Sakinlərin qaldırdıqları bütün problemlər namizəd Gülşən Paşayeva tərəfindən qeydə alınıb.

 

Avqustun 28-də eləcə də, Gülşən Paşayeva təbliğat-təşviqat kampaniyası çərçivəsində Binə- qəsəbəsi Atçılıq massivində seçicilərlə daha bir məhəllə görüşü keçirib.

 

Görüşdə seçicilər şirin su, kanalzasiya, evlərin sənədləşdirilməsi və sakinlərin qeydiyyata salınması və digər ümumi problemlər barədə deputatlığa namizəd Gülşən Paşayevaya ətraflı məlumat veriblər.

 

Daha sonra namizəd seçiciləri öz platforması barədə məlumatlandırıb, onların şəxsi qayğılarını da dinləyib, suallarını cavablandırıb.

 

Xoş münasibətə və dəstəyə görə seçicilərinə təşəkkür edən Gülşən Paşayeva bundan sonra da seçicilərin etimadını doğrultmaq üçün var gücü ilə çalışacağını bildirib.

 

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində bitərəf namizədin Binə və Qala qəsəbəsində görüşləri davam edəcək.

 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...