Rusiya səfirinin qatili ötən həftə fotosərgidə olduğu məlum olub
Dünya
23:08 / 20.12.2016
1110
Ankarada fotosərginin açılışı mərasimində Rusiyanın Türkiyədəki səfirini qətlə yetirmiş Mövlut Mert Altıntaşın ötən həftə həmin sərgidə olduğu məlum olub.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Röyters" mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, "Rusiya türklərin gözü ilə" fotosərgisi dekabrın 16-dan ziyarətçilərin ixtiyarına verilib.
"Ötən cümə qalereyada açılış mərasimi keçirilib və hücum edən şəxs bu tədbirdə olub. Ola bilsin ki, onun qalereyaya gəlişi kəşfiyyat xarakterli olub", - deyə mənbə bildirib.