Binəqədi seçiciləri YAP-ın namizədinə səs verəcəklər

Binəqədi seçiciləri YAP-ın namizədinə səs verəcəklər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun YAP Binəqədi rayon təşkilatında seçicilərlə görüşü keçirilib.

 

Sfera.az Yap.org.az-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

 

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Ulu Öndərin qurub-yaratdığı Azərbaycanda yaşamaq, fəaliyyət göstərmək, bu dövlətin vətəndaşı olmaq böyük fəxarətdir: “Biz təkcə inkişaf göstəricilərimizlə deyil, qalib gəlmiş xalqın nümayəndələri kimi hər zaman iftixar hissi duyacağıq. Biz dünyada öz sözünü demiş, öz vətənpərvərliyi, torpaq və millət sevgisi ilə bütün dünyaya örnək olan xalqın nümayəndələriyik. Bu inkişaf və zəfər isə ulu öndər Heydər Əliyevin siyasi kursu və dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü idarəçilik qabiliyyətinin bariz nümunəsidir”.

 

Çıxış edən deputatlığa namizəd Kamaləddin Qafarov qeyd edib ki, dövlətimiz vətəndaşlarımızın keyfiyyətli xidmətlə təmin edilməsi, onların layiqli həyat şəraitində yaşaması üçün iqtisadi və sosial islahatlarını günbəgün daha da artırır: “Bu gün vətəndaşlarımız sabit ölkədə yaşamaqla yanaşı, özünün sosial təminatı və rifah halından məmnundur. Məhz buna görə seçicilər dövlət başçısı cənab İlham Əliyevə və onun sədrlik etdiyi Yeni Azərbaycan Partiyasına inam və etimad göstərirlər”. O, daha sonra seçki platforması ilə bağlı məlumat verib və seçiciləri qarşıdan gələn seçkilərdə YAP-ın namizədinə səs verməyə çağırıb.

 

Görüşdə çıxış edən seçicilər sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...