Günay Ağamalı Qaraqaşlı kəndində seçicilərlə görüşdü - FOTO/VİDEO

Günay Ağamalı Qaraqaşlı kəndində seçicilərlə görüşdü - FOTO/VİDEO

Deputatlığa namizəd Günay Ağamalı Neftçala rayonunun Qaraqaşlı kəndində seçicilərlə görüşüb.


Sfera.az xəbər verir ki, Günay Ağamalı görüşdən əvvəl Neftçala rayonunun Beştalı, Cəngan, Şorkənd və Ərəbqardaşbəyli kəndlərində şəhidlərin məzarlarını ziyarət edib, onların ruhuna dualar oxuyub.


Seçicilərlə görüşdə ilk olaraq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda Şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Namizədin vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova, şəhid Kamran Quliyevin anası Arzu Quliyeva və Elçin Quliyev namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verdilər və seçiciləri Günay Ağamalıya səs verməyə dəvət ediblər.


Tədbirdə çıxış edən Günay Ağamalı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirdiyi bütün görüşlərdə onlardan səmimi münasibət, böyük dəstək gördüyünü və xeyir-dua aldığını söylədi. O, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizədliyinin irəli sürülməsinin onda qürur hissi yaratdığını söyləyərək Neftçala camaatının milli dəyərlərimizə, dövlətçiliyimizə sadiq insanlar olduğunu xüsusi olaraq vurğulayıb.


G.Ağamalı bütün görüşlərində qürurla səsləndirdiyi:


“Biz Ulu Öndərimizin yaradıcısı və qurucusu olduğu müqəddəs yolun yolçularıyıq və davamçılarıyıq. Cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Xanım Əliyeva Ümummilli Liderin dövlətçilik konsepsiyasını və siyasi kursunu uğurla davam etdirirlər. Biz 44 günlük Vətən müharibəsində xalq-dövlət-ordu birliyi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə gücümüzü, qüdrətimizi bir daha dünyaya nümayiş etdirdik” - fikirlərini böyük fəxrlə seçicilərin diqqətinə çatdırıb.

 

Daha sonra, G.Ağamalı seçki platforması haqqında görüş iştirakçılarına geniş məlumat verib, deputat seçiləcəyi təqdirdə dövlət qurumları, yerli icra orqanları və bələdiyyələrlə seçicilərin problemlərinin həlli üçün səlahiyyətləri çərçivəsində birgə səylə çalığacağını, onlarla bərabər olacağını əminliklə vurğulayıb.
Seçicilər Günay Ağamalıya fəaliyyətində uğurlar arzuladılar və bütün görüş iştirakçılarını sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərdə ona səs verməyə dəvət ediblər.


Günay Ağamalının 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində seçicilərlə görüşləri davam edir.

 


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...