Nazir: "Türkiyə Şimali Kiprin inkişafı üçün lazım olanı edəcək"
Dünya
17:52 / 28.08.2024
4618
Türkiyə Şimali Kiprin inkişafı üçün lazım olanı edəcək.
Sfera.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Nikosiya mərkəzi yolunun təməl atma mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə bunun üçün əlindən gələni əsirgəməyəcək: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə işlərimizi davam etdirəcəyik. Şimali Kiprin tərəqqisi, suverenliyi üçün nə lazımdırsa, edəcəyik”.