Prezident ailəsi ilə birgə “Sea Breeze”i gəzdi - VİDEO

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində yaradılan LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər.
Sfera.az xəbər verir ki, bununla bağlı Emin Ağalarov öz “İnstagram” sosial şəbəkəsində paylaşım edib.
“Bu gün “Sea Breeze”də biz Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə ilk rəsmi səfərdə görüşdük. Səfər zamanı onlara “Sea Breeze”in yeni ikonik obyektləri, o cümlədən “The Grand” ərazisindəki ən böyük apart-otel olan LANDAU məktəbinin yeni binası, həmçinin ərazidəki yeni infrastruktur və mühüm obyektləri göstərilib".
"Ölkənin yüksək səviyyəli rəsmilərini qəbul etmək bizim üçün böyük şərəf və məsuliyyətdir. Sizi məyus etməyəcəyik!”, - paylaşımda qeyd edilib.
Firuzə Əliyeva