"Füzulinin nəşini gətirmək lazım deyil, guya, qədrini biləcəklər?" - İlahiyyatçıdan ETİRAZ

"Füzulinin nəşini gətirmək lazım deyil, guya, qədrini biləcəklər?" - İlahiyyatçıdan ETİRAZ

“Məhəmməd Füzulinin qəbrini ölkəmizə gətirmək lazım deyil, bunun qəti əleyhinəyəm”.

 

Sfera.az bildirir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. O qeyd edib, bu, həm də dinimizin qaydalarına ziddir:

 

“Əksinə, xalqımıza məxsus olun dahilər dünyanın hər yerinə həm ölü, həm də diri olaraq səpələnsə, yaxşıdır. Hamısını bura yığmaqla, guya, qədrini bilənlər artacaq, yoxsa nə baş verəcək? Şamaxıda Şirvanşahlar dövlətinin 36-cı hökmdarı Fərrux Yasarın məzarı baxımsız vəziyyətdədir, bəlkə də yaxın illərdə tam itəcək. Elə xalqlar var ki, bizim bircə xanımız sanbalda tarixi şəxsiyyəti yoxdur, onunkunu-bununkunu öz adına çıxır. Biz də şahların qəbrini itirməklə məşğuluq”.

 

T.İrfan bildirib ki, yüzlərlə belə dahilərimizin məzarı unudulub:

 

“Heç olmasa,  Füzuli elə bir müqəddəs yerdə dəfn olunub ki, onu ora gedən bütün millətlər yad edir, tanıyır. Bura gətirib sabah yiyə durmamaqdansa, qoy yerində qalsın.  Biri Rəsulzadənin məzarını gətirək deyir, biri Nəsimini gətirək deyir... Qəbirşünas yox, qədirşünas olmaq lazımdır. O simaların amalını, yolunu, irsini qorusunlar, yaşatsınlar, bu bəsdir”.

 

Türkan 


OXŞAR XƏBƏRLƏR

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...

Daun sindromunun müalicəsində irəliləyiş: Alimlər əlavə 21-ci xromosomu çıxara bildilər

Yapon alimləri tibbdə əsl sıçrayış əldə ediblər. Onlar Daun sindromuna səbəb olan əlavə 21 xromosomu tamamilə çıxara biliblər.   Sfera.az bildirir ki...