"İtirən AŞPA olacaq, çünki Avropanın bölgədəki maraqlarını..." - AÇIQLAMA

"İtirən AŞPA olacaq, çünki Avropanın bölgədəki maraqlarını..." - AÇIQLAMA

Qərbi Azərbaycan İcması (QAİ) Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) təmsil olunan qüvvələrdən Azərbaycana qarşı ayrı-seçkiliyə son qoymağı tələb edib. Bu barədə QAİ avqustun 26-da bəyanat yayıb.  Bildirilib ki, müəyyən dairələrin sifarişini yerinə yetirən qüvvələr sırf irqi ayrı-seçkilik əsasında AŞPA-da Azərbaycana qarşı genişmiqyaslı kampaniya başladıb və Azərbaycan nümayəndə heyəti Assambleyada öz fəaliyyətini dayandırmaq qərarı verib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, AŞPA son zamanlar Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilir. Onun sözlərinə görə, ayrı- ayrı avropalı siyasətçilər bəzən rəsmi Bakıya qarşı qərəzli fikirlər səsləndirirlər:

 

“Bunun əsas səbəbi Azərbaycanın yaratdığı yeni reallıqlardır. Görünən odur ki, Avropa, həmçinin AŞPA Azərbaycanın regional və beynəlxalq səviyyəli aktor olması ilə barışa, bunu həzm edə bilmir.  AŞPA-nın bu mövqeyi isə Azərbaycanla münasibətlərdə müəyyən gərginliyə səbəb olur. İş burasındadır ki, AŞPA Bakı və İrəvana qarşı eyni münasibəti göstərmir. Təşkilat azərbaycanlıların qayıdış hüququnu tanımadığı halda, ermənilərin qayıdış hüququ barədə ağızdolusu danışır. Hərçənd bunlar əslində eyni səviyyəli məsələ deyil. Belə ki, Zəngəzur, İrəvan, Göyçə azərbaycanlıların tarixi torpaqlarıdır. Ermənilər isə Qarabağa sonradan gəliblər. AŞPA ya tarixi həqiqəti, faktları bilmir, ya da sadəcə riyakarlıq edir”.

 

K.Novruzov bildirib ki, davam edən qərəzli mövqe perspektivdə AŞPA-Azərbaycan münasibətlərini daha da pisləşdirə bilər:

 

“Bu zaman itirən isə daha çox AŞPA olacaq. Çünki Avropanın Cənubi Qafqazdakı maraqlarının təmin olunması üçün Azərbaycanla əməkdaşlıq ən yaxşı variantdır. Avropa isə özünü bu imkandan məhrum edir. Əgər AŞPA və digər Avropa təşkilatları Azərbaycanla bağlı siyasətlərinə redaktə etməsələr, bu, perspektivdə daha ciddi problemlərə səbəb ola bilər”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Ceff Bezosun nişanlısı məhkəməyə verildi

Amerikalı milyarder Ceff Bezosun nişanlısı Lauren Sançez keçmiş yoqa təlimatçısı tərəfindən məhkəməyə verilib.    Sfera.az bildirir ki, keçmiş j...

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...