YAP növbəti dəfə qələbə əzmindədir - FOTO

YAP növbəti dəfə qələbə əzmindədir - FOTO

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat- təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun YAP Binəqədi rayon təşkilatında seçicilərlə görüşü keçirilib.

 

Sfera.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

 

Çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasi strategiyasının məntiqi nəticəsi olaraq Azərbaycan güclənib, inkişaf edib, öz müstəqil xarici siyasət kursu ilə beynəlxalq nüfuzunu möhkəmləndirib: “Bu gün də uğurlarımız ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə davam edir. Bütün dünya Azərbaycanın əldə etdiyi nailiyyətləri görür və təqdir edir. Zaman-zaman müxtəlif beynəlxalq təsisatlar hesabatlarında ölkəmizin inkişaf tempinin müqayisəolunmaz dərəcədə olması ilə bağlı qeydlər edirlər”.

 

Daha sonra görüşdə çıxış edən deputatlığa namizəd Kamaləddin Qafarov qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər tariximizin ən unudulmaz və qürurlu səhifələrindən biridir: “Bu xoşbəxtliyi bizlərə yaşadan, 30 illik həsrətimizə son qoyan, soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışını təmin edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Ordumuza hər zaman minnətdar olmalı və onların dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini unutmamalıyıq”.

 

O, daha sonra seçki platforması ilə bağlı məlumat verib və seçiciləri qarşıdan gələn seçkilərdə YAP-ın namizədinə səs verməyə çağırıb.

 

Görüşdə seçicilər Asəf Zamanov, Fikrət Əliyev və digərləri çıxış ediblər. Onlar yeni dövrə yeni Azərbaycanla gedəcəklərini, YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...