Monika Belluççi Venesiya Film Festivalına sevgilisi ilə qatıldı - FOTO
59 yaşlı gözəllik ikonası italyan aktrisa Monika Belluççi və 66 yaşlı amerikalı rejissor Tim Burton hər il keçirilən məşhur film festivalı üçün Venesiyada gəlib.
Sfera.az bildirir ki, cütlük “Beetlejuice” filminin davamı üzərində birlikdə çalışıb. Onlar iki ilə yaxındır ki, görüşürlər.
Monika qara kofta ilə birləşdirdiyi dəbli ağ blazer və şalvar geyinib. O, görünüşünə qalın günəş eynəyi əlavə edərək, saçlarını açıq qoyub.
“Malena” filminin ulduzu öz görünüşünü uyğun ağ dəri çantası ilə tamamlayıb. Cütlük əla əhval-ruhiyyədə, əl-ələ tutublar.
Tim Burton festivala tamamilə qara kostyum, köynək, eynək və papaqda gəlib.
Festival 28 avqust 2024-cü il çərşənbə günü başlayacaq və 8 sentyabra qədər davam edəcək.
Qeyd edək ki, Monika və Tim ilk dəfə 16 il əvvəl tanış olsalar da, 2022-ci ilin oktyabrında Lyonda keçirilən Lümyer Film Festivalında bir-birlərini gördükdən sonra görüşməyə başlayıblar.
İtalyan aktrisa 2023-cü ilin iyununda “Elle France”a müsahibə verərkən rejissorla münasibətini təsdiqləyib:
"Nə deyim... İlk növbədə, bu insanla tanış olduğum üçün şadam... Timi sevirəm. Ona qarşı hörmət başda olmaqla, çox şey hiss edirəm".
Burton daha sonra Jenna Ortega, Michael Keaton və Winona Ryder ilə birlikdə “Beetlejuice” filminin davamında Monika ilə birlikdə də çalışıb.
Aysel
Sfera.az