“Daim irəliyə baxmalıyıq!”- FOTOLAR

“Daim irəliyə baxmalıyıq!”- FOTOLAR

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun seçicilərlə görüşü keçirilib.

Sfera.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
 

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Azərbaycanın bugünkü tərəqqisi hər bir vətəndaşımız üçün qürurvericidir: “Bu qüruru bizə yaşadan, dövlətimizin müstəqilliyini daha da möhkəmləndirən, qüdrətini daha da artıran, ərazi bütövlüyünü tam və bütöv edən Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında hər zaman sıx birləşməli və bu siyasi kursun davam etdirilməsi üçün çalışmalıyıq. Çünki bu siyasət dövlətimizin və xalqımızın gələcək inkişafının qarantıdır”.
 

Çıxış edən deputatlığa namizəd Kamaləddin Qafarov qeyd edib ki, Ümummilli Lider, müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında xidmətləri əvəzolunmazdır: “Xalqımız məhz dahi şəxsiyyətin ölkəmizə siyasi hakimiyyətə qayıdışından sonra nicat yolu tapıb, ölkəmizdəki hərc-mərcliyə son qoyulub, Azərbaycan üçün yeni inkişaf mərhələsi başlanıb. Bu gün də bu inkişaf strategiyası ilə uğurla addımlayırıq”.
 

O, seçiciləri parlament seçkilərində fəal olmağa və Ulu Öndərin qurucusu olduğu YAP-ın namizədinə səs verməyə çağırıb.
 

Görüşdə Vətən müharibəsi şəhidi İbrahim Sadıqlının atası Şahin Sadıqlı, seçicilərdən Fərasət Qurbanov və digərləri çıxış ediblər. Qeyd olunub ki, YAP-ın ötən bütün seçkilərdə qələbə qazanması xalqın inam və etibarının bariz nümunəsidir. Vurğulanıb ki, növbəti seçkilərdə də bu partiyanın parlaq qələbə qazanacağı heç kimdə şübhə doğurmur.
 

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Kamaləddin Qafarovun müxtəlif ünvanlarda seçicilərlə görüşü də keçirilib.


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...