Rusiya iki xarici müxbirə cinayət işi açdı
Dünya
15:26 / 27.08.2024
5046
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Kursk vilayətində Rusiya sərhədini qanunsuz keçərək Sudja şəhərinə gedən bir alman və bir ukraynalı jurnalistlə bağlı araşdırmalara başlayıb.
Sfera.az bu barədə “TASS”a istinadən xəbər verir.
Məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidməti Almaniyanın “Deutsche Welle” telekanalının müxbiri Nikolas Saymon Konolli (Rusiyada xarici agent media orqanı kimi göstərilir) və Ukraynanın “1+1” telekanalının müxbiri Natalya Naqornaya ilə bağlı cinayət işi açıb. Bildirilib ki, maddə 5 ilə qədər həbs cəzasını nəzərdə tutur.
FTX qeyd edib ki, avqustun 17-dən Rusiya sərhədini qanunsuz keçmə ilə bağlı 7 əcnəbi jurnalistə qarşı araşdırmalara başlanılıb.
Firuzə Əliyeva