Türkiyədə ən çox bu mesajlaşma proqramından istifadə edilir - ARAŞDIRMA
Dünya
14:06 / 27.08.2024
6613
Türkiyə əhalisi sosial media və mesajlaşma proqramları arasında ən çox “WhatsApp”dan istifadə edir.
Sfera.az xəbər verir ki, bununla bağlı araşdırmanı Türkiyə Statistika Təşkilatı (TST) aparıb.
TST müəyyən edib ki, əhalinin 86,2 faizi “WhatsApp” istifadəçisidir. Əhalinin 71,3 faizi “YouTube”dan, 65,4 faizi “Instagram”dan istifadə edir.
“WhatsApp”dan istifadə səviyyəsi kişilər arasında daha yüksəkdir. Kişilərin 89,5 faizi “WhatsApp”, 74,7 faizi “YouTube” və 67 faizi “Instagram”, qadınların isə 82,9 faizi “WhatsApp”, 68 faizi “YouTube”, 63,9 faizi “Instagram” istifadəçisidir.
Vasif