KİV: Makron aktiv “Telegram” istifadəçisidir

Siyasət
14:20 / 27.08.2024
7027
Fransanın dövlət başçısı Emmanuel Makron ilk prezidentlik kampaniyası başlayandan "Telegram"dan fəal şəkildə istifadə edib. O, Nazirlər Kabinetinin əksər üzvləri və ölkənin digər siyasi xadimləri kimi hələ də messencerdən istifadə edir.
Sfera.az xəbər verir ki, bu barədə "Politico" qəzeti yazıb.
Bildirilib ki, “Politico”ya bununla bağlı məlumat verən keçmiş deputat Makronla yazışmalarını göstərib. Nəşr dəqiqləşdirib ki, sabiq deputatla söhbət messencerin təsisçisi Pavel Durov Parisdə saxlanıldıqdan iki gün sonra baş tutub.