Polisə döyüldüyünü deyən şəxsin ÖZÜ SAXLANILDI - FOTO

Polisə döyüldüyünü deyən şəxsin ÖZÜ SAXLANILDI - FOTO

Polisə bilərəkdən quldurluq cinayəti barədə yalan məlumat verən şəxs saxlanılıb.

 

Bu barədə Sfera.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 25-də vətəndaş Mərhəmət Mehdiyev «102» Xidməti-Zəng mərkəzi və Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edərək «Əbdül», «Tofiq» və «Taleh» adlı şəxslər tərəfindən avtomaşına əyləşdirilib başına beşbarmaqla vurularaq 164 manatının və mobil telefonunun əlindən zorla alınması barədə məlumat verib.

 

“Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə  cinayət işi başlanılıb. M.Mehdiyev iş üzrə zərərçəkmiş şəxs qismində dindirilib.  Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Tofiq Tağıyev və Əbdül Məmmədov müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar. Onlar ifadələrində qeyd olunanları inkar edərək M.Mehdiyevə qarşı heç bir cinayət əməli törətmədiklərini, onun pulunu və telefonunu əlindən almadıqlarını bildiriblər. Həyata keçirilən əlavə istintaq hərəkətləri zamanı M.Mehdiyev ilkin ifadəsində qeyd etdiklərinin tam əksinə olaraq həmin şəxslər tərəfindən ona qarşı heç bir zorakılığın olmadığını, pulunun və mobil telefonunun əlindən alınmadığını bildirib. O, aralarında əvvəllər olmuş narazılıqlarla bağlı həmin şəxslərin həbs olunmasını istədiyini və buna görə də bilərəkdən ağır cinayət hadisəsi barədə polisə yalan məlumat verdiyini qeyd edib”.

 

Qurum əlavə edib ki, iş üzrə Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə başlanan cinayət işi həmin məcəllənin 296.2-ci (Bilə-bilə yalan xəbərçilik etmə) maddəsinə tövsif olunub: “T.Tağıyev və Ə.Məmmədov sərbəst buraxılıb. M.Mehdiyev isə Cinayət Məcəlləsinun 296.2-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir”.

 

Günay 

 


OXŞAR XƏBƏRLƏR

Yol Polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə d...

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...