"Barselona" klubuna 12 yaşlı oyunçu cəlb edildi

İdman
13:50 / 27.08.2024
6317
İspaniya təmsilçisi "Barselona"nın basketbol üzrə U-18 komandasında çıxş edən 12 yaşlı Mohamed Dabone əsas heyətə cəlb olunub.
Sfera.az xəbər verir ki, oktyabrın 21-də 13 yaşı tamam olacaq idmançı 208 santimetr boya malikdir.
Baş məşqçi Xuan Pennyaroya komandaya 14 oyunçu cəlb edib. M.Dabone avqustun 29-na, "Barselona" Çinə toplanışa yollanana qədər məşqlərdə iştirak edəcək.