Könül Nurullayeva seçiciləri ilə görüşlərini davam etdirir - FOTO/VİDEO

Könül Nurullayeva seçiciləri ilə görüşlərini davam etdirir - FOTO/VİDEO

Könül Nurullayeva 1 sentyabr 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Parlament seçkiləri ilə əlaqədar kütləvi təbliğat-təşviqat kampaniyasını davam etdirir.

 

Sfera.az xəbər verir ki, O.Vəliyev küçəsi 1 ünvanında yerləşən Mədəniyyət evində təşkil olunan budəfəki görüşdə gənclərin inkişafında və onların milli-mənəvi dəyərlərə bağlı yetişməsində müstəsna rol oynayan təhsil işçiləri iştirak edib.

 

Tədbir zamanı təhsilin gənclərin inkişafı, dövlətimizin gələcəyi üçün əhəmiyyətindən söhbət açılıb. Könül Nurullayeva çıxış edərək, təhsil sektorunun tərəqqisi və gənclərin yüksək keyfiyyətli təhsil almasının vacibliyini qeyd edib.


Könül Nurullayeva dövlət siyasətinə uyğun olaraq, şəhid ailələrini də daim diqqətdə saxlayır. Belə ki, K.Nurullayeva Aprel döyüşlərinin şəhidi Dadaşov Tural Sabir oğlunun ailə üzvlərini də ziyarət edib.

 

Görüşdə şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların ölkəmizin azadlığı və parlaq gələcəyi naminə misilsiz xidmətlərindən söhbət açılıb. Vurğulanıb ki, cəsur şəhidlərimizin Vətən  qarşısındakı xidmətləri heç zaman unudulmayacaq.


Könül Nurullayeva, həmçinin Qara Qarayev prospekti 56 və Kamil Balakişiyev 122 ünvanlarında yaşayan sakinlərlə bir araya gəlib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparıb.

 

"Öhdəmə düşən vəzifəni vicdanla yerinə yetirərək, sizin problemlərinizin həlli istiqamətində layiqincə çalışmaq və rayonumuzun inkişafına töhfə vermək mənim üçün çox cavibdir. Bu kontekstdə sizin etimadınız və dəstəyinizi qazanmaq böyük əhəmiyyət kəsb edir”,-  K.Nurullayeva bildirib.

 


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...