İnsan ətinin dadı nəyə bənzəyir? - BU AÇIQLAMALAR SİZİ ŞOKA SALACAQ!
Londonda iki aşbaz dadı insan ətinə bənzəyən qamburger hazırlamağa qərar verib. Bu layihə bütün dünyada əks-səda doğurub. Aşbazlar bu dadı əldə etmək üçün uzunmüddətli araşdırmalar apardıqlarını qeyd ediblər.
Tarixin ən qorxunc cinayətlərinə imza atan adamyeyənlərin insan əti haqqında söylədikləri fikirlər insanın qanını dondurur:
İrlandiyalı məhkum Aleksandr Pirs həbsxanadan birlikdə fərarilik etdiyi dostlarının ətini yeyib və "İnsan əti donuz və balıq ətinə nisbətən daha ləzzətlidir” deyib.
Almaniyalı adamyeyən Armin Mayves 2007-ci ildə televiziya verilişlərindən birində insan əti haqqında "Ağızda əriyir” demişdi.
İssey Saqava yediyi qurbanları haqqında "Ətin dadı daha əvvəl yediyim heç bir şeyə bənzəmirdi” deyib.
Qərbi Afrikada insan ətinin dadına baxan Uilliam Sibruk bu təcrübəsini "Çox şirin” adlandırıb.
Misirli model Omaima Nelson insan əti haqqında "Sadəcə əzələlərinin dadına baxdım, amma gözlərindən çox dadlı şorba bişirdilər” deyib.