Bakıda arvad ərini öldürməyə CƏHD ETDİ

Bakıda qətl hadisəsi qeydə alınıb.
Bu barədə Sfera.az-a prokurorluqdan məlumat verilib. Bildirilib ki, hadisə avqustun 26-da saat 04 radələrində Nizami rayonu ərazisində baş verib.
“1979-cu il təvəllüdlü Sakit Nağıyevin xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1998-ci il təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib”, - məlumatda qeyd olunub.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və Aynur Nağıyeva iş üzrə şübhəli şəxs qismində tutulub. Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Günay