İngiltərə millisinin sabiq baş məşqçisi vəfat etdi

İngiltərə millisinin keçmiş futbol məşqçisi Sven-Göran Eriksson 76 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, mədəaltı vəzi xərçəngi diaqnozu qoyulan Sven-Göran Erikssona altı aydan çox yaşaya bilməyəcəyi bildirilib. Bu müddət ərzində o, sevimli komandası olan "Liverpul"u dəstəkləməyi və futbolçu karyerası haqqında sənədli filmdə rol almağı bacarıb.
Məlumatı məşqçinin ailəsindən veriblər. Ailə bildirib ki, Eriksson səhər saatlarında yaxınlarının əhatəsində dünyasını dəyişib.
2024-cü ilin yanvarında müsahibə verən Eriksson ona ölümcül xəstəlik diaqnozu qoyulduğunu və ömrünün altı aydan az qaldığını bildirib. Eyni zamanda, bu vaxtı aktiv şəkildə keçirən Eriksson, yazda “Liverpul” komandasının müvəqqəti məşqçisi olub. Yayda isə onun futbolçu karyerası haqqında sənədli film nümayiş olunub.
Sven-Göran Eriksson - tərcümeyi-halı
Sven-Göran Eriksson İsveçdə anadan olmuş və 1966-1975-ci illərdə İsveçin dörd komandasında müdafiəçi kimi çıxış edən futbolçudur. Bundan sonra o, 33 il 18 futbol komandasını çalışdırıb. 2001-ci ildən 2006-cı ilə qədər Eriksson İngiltərə milli futbol komandasının baş məşqçisi olub. Daha sonra “Mançester” və “Lester” ilə çalışıb. Bundan əlavə, Eriksson İtaliyanın “Roma”, “Lazio” və “Fiorentino” klubları ilə işləyib.
Erikson ingilis futbolçuları ilə çalışarkən onlar üç dəfə dünya çempionatının final mərhələsinə yüksələ biliblər. Böyük turnirlərin oyunlarında toplanan xalların faizinə əsasən, isveçli İngiltərə Futbol portalının statistikasına əsasən, millinin ən yaxşı məşqçisi seçilib. “Amazon”da yayımlanan “Swen” sənədli filmini isə “YouTube” kanalında izləmək olar.
Aynil
Sfera.az