6 yaşlı uşaq beş gün sonra meşədən tapıldı - FOTO


6 yaşlı uşaq beş gün sonra meşədən tapıldı - FOTO

Beş gün itkin düşən altı yaşlı Danq Tien Lam meşənin dərinliklərində sağ-salamat tapılıb.
 

Sfera.az bildirir ki, Vyetnamın Yen Bai əyalətində yaşayan uşaq avqustun 17-də itkin düşüb. İtkin düşməzdən əvvəl o, doqquz bacısı ilə birlikdə çayın yanında oynayıb.

 

Yerli sakinlər deyirlər ki, bu zaman uşaq təpələrə girərək, azıb. O, meşə yaxınlığında darçın tarlasını təmizləyərkən uşaq səsi eşidən yerli fermerlər tərəfindən tapılıb.
 

İtdiyi yerdən təxminən 6 km aralıda manok kollarının arasında oturmuş vəziyyətdə tapılan Lam o qədər zəif olub ki, ayaq üstə dayana bilməyib.
 

Uşaq yarpaqlar, yabanı meyvələr və dərə suyu içməklə sağ qalıb. Onun əynində qırmızı köynək və tamamilə çirklənmiş şort aşkar edilib. İnternetdə yerləşdirilən fotolarda yerli əhalinin uşağa qayğı göstərdiyi və meşədən çıxarıldıqdan sonra ona tort təklif etdiyi əks olunub.
 

"Uşaq mənə dedi ki, azdıqdan sonra evin yolunu tapa bilməyib. Nə qədər çox getsə, bir o qədər də çıxış yolu tapa bilməyib"- deyə uşağı tapan fermer bildirib.
 

Polis rəsmiləri Lamın sağ tapılmasının möcüzə olduğunu bildiriblər.
 

Bu xəbər sosial şəbəkə istifadəçiləri arasında həyəcan yaradıb. Çoxları oğlanın ailəsini təbrik edib və axtarış qrupuna göstərdikləri səylərə görə təşəkkür edib. Yerli hakimiyyət orqanları axtarışlara polis, hərbçilər və yerli könüllülər də daxil olmaqla 150-dən çox insan səfərbər edib.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...