Həyat yoldaşından gələn son mesajdan sonra dalğıc oldu


Həyat yoldaşından gələn son mesajdan sonra dalğıc oldu

Yapon Yasuo Takamatsu 2011-ci il martın 11-də sunami zamanı itən həyat yoldaşı Yukonun cəsədini axtarmaq üçün hər həftə dənizin dibinə düşür.

 

Sfera.az bildirir ki, iki il yarım quruda boş axtarışlardan sonra Yasuo Takamatsu dalğıc kursu keçərək su altında axtarışlar etməyə başlayıb.
 

Faciə baş verən gün bankda işləyən qadın sevgilisinə:
 

“Yaxşısan? Mən evə getmək istəyirəm” mesajı yazıb. Onun bu qısa mesajı sonuncu olub.
 

Takamatsu qayınanası ilə birlikdə həmin gün qonşu şəhərdəki xəstəxanaya gedib. Böyük dağıntılar səbəbindən təbii fəlakətdən dərhal sonra geri qayıda bilməyib. Kişi əvvəlcə quruda axtarışa başlayıb və bir neçə ay sonra həyat yoldaşının telefonunu bank dayanacağında tapıb. Telefonda “sunami fəlakətlidir”- yazılmış, lakin heç vaxt çatdırılmayan mesaj qalıb.


İki il yarım quruda boş yerə axtarış apardıqdan sonra Yasuo dalğıc kursu keçərək suyun altında dalışa başlayıb. O vaxtdan bəri, kişi həyat yoldaşının cəsədinin harada olduğu ilə bağlı hər hansı bir ipucu tapmaq üçün hər həftə akvalanja gedir.
 

"Mən onu tapmaq istəyirəm. Amma başa düşürəm ki, bu, heç vaxt olmaya bilər, çünki dəniz çox böyükdür, yenə də davam etməliyəm" - deyə Masayoshi Takahashi bildirir.
 

 

Takamatsu həyat yoldaşı ilə 1988-ci ildə Yaponiya ordusunda xidmət edərkən tanış olub. Fəlakət baş verən zaman o, avtobus sürücüsü işləyirdi.
 

Qeyd edək ki, “The Diver” qısametrajlı filmi 2011-ci ildə baş vermiş fəlakətdə itkin düşən 2500-dən çox insanın axtarışlarının əvvəlkindən daha kiçik miqyasda olsa da, hələ də davam etdiyini göstərir.


Yeri gəlmişkən, 2011-ci ildə Yaponiyada baş vermiş sunami 450 minə yaxın insanın evini itirməsinə, 18 min nəfərin ölməsinə, daha 2,5 min nəfərin isə itkin düşməsinə səbəb olub. Fəlakət Fukusima nüvə fəlakətinə də səbəb olub.


Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...