Bu ölkədə qalın saqqal və örtük qadağa edildi


Bu ölkədə qalın saqqal və örtük qadağa edildi

Özbəkistanda kişilər “şəxsiyyətini təsdiq etməyə imkan verməyən” tam saqqal saxladıqlarına görə cərimələnməyə başlayıblar.
 

Sfera.az xəbər verir ki, bu barədə Podrobno.uz yazıb.
 

Nəşr ölkənin Ali Məhkəməsinin qərarlarının məlumat bazasına istinadən bildirib ki, indiyədək Özbəkistanda 789 belə işə baxılıb. Ən çox Cizzəx, Səmərqənd, Əndican və Fərqanə bölgələrində kişilər qalın saqqal saxladıqlarına görə cərimələnirlər. Qanun 3,4 milyondan 5,1 milyon soma qədər cərimə şəklində cəza nəzərdə tutulur.
 

Nəşr qeyd edir ki, bəzi məhbuslar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saqqallarını qırxmağa məcbur edilir. Eyni zamanda, kişilərin bu maddə ilə məhkəmə qərarlarından apellyasiya və ya kassasiya şikayəti verərək qalib gəlməsi halları da var.


2023-cü ilin sonundan Özbəkistanda “şəxsiyyəti təsdiq etməyə imkan verməyən üz örtüyü ilə” ictimai yerlərdə olmağı qadağan edən qanun qüvvədədir. İstisnalar tibbi maskalar, motosiklet dəbilqələri və təhlükəsizlik və ya işlə bağlı digər hallar üçün edilir. Özbəkistanın İnzibati Məsuliyyət Məcəlləsinin eyni maddəsinə əsasən, üzünü tamamilə örtən paltar geyinən qadınlar da ittiham olunur.

İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...