İdman sahəsində ən yaxşılar elan olundu

İdman sahəsində ən yaxşılar elan olundu

Bu gün İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini müəyyənləşdirib. 

Qaynarinfo.az xəbər verir ki, əvvəlcə 7 xüsusi mükafat sahiblərinə təqdim olunub. 

"İlin qalibləri-2016" layihəsinə verdiyi dəstəyə görə, "İtaldizain Group", ilin fəal operatoru kimi "CBC Sport"un əməkdaşı Anar İbrahimov, ilin fəal meneceri kimi Vaqif Heydərli və ilin uğurlu KİV layihəsi olaraq AFFA yanında Media Komitəsi mükafatlandırılıb. 

Media ilə sıx və səmərəli əməkdaşlığa görə, Bakı Olimpiya Stadionunun mətbuat katibi Cəmilə Mehdiyevaya, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinə və Gənclər və İdman nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya da mükafat təqdim olunub.

Daha sonra 57 media orqanı arasında aparılan sorğuya əsasən 8 nominasiya üzrə 11 qalib müəyyənləşib.

İlin jurnalisti - Sərxan Musalı ("Futbol+" qəzeti)

İlin mətbuat katibi (digər idman növləri üzrə) - Pərviz Musayev (Velosiped İdmanı Federasiyası)

İlin mətbuat katibi (futbol) - Aslan Şahgəldiyev (Peşəkar Futbol Liqası)

İlin idman xadimi - Kəmaləddin Heydərov (Taekvondo Federasiyası)

İlin baş məşqçisi (futbol) - Qurban Qurbanov ("Qarabağ")

İlin baş məşqçisi (digər idman növləri üzrə) - Reza Mehmandust (taekvondo)

İlin komandası (futbol) - Azərbaycanın futbol millisi 

İlin komandası (digər idman növləri üzrə) - Kişi taekvondo millimiz

İlin əcnəbi idmançısı - Ansi Aqolli ("Qarabağ")

İlin futbolçusu - Rəşad Sadıqov ("Qarabağ")

İlin idmançısı - Radik İsayev (Taekvondo)

Qeyd edək ki, bu sorğuda Qaynarinfo.Az-ı Səbuhi Tofiqoğlu təmsil edib. 



OXŞAR XƏBƏRLƏR

"Texpasport"da bu söz yazılıbsa... - DİQQƏT

Xarici ölkədən avtomobil gətirib Dövlət Yol Polisi İdarəsində ilkin qeydiyyata aldırarkən, qeydiyyat şəhadətnaməsinə "müvəqqəti" sözü yazılır. Qeydiyy...

Sakinlərin NƏZƏRİNƏ: sabah bəzi ərazilərdə qaz olmayacaq

Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti m...

Milli Məclisin mayın 23-də keçiriləcək iclasının gündəliyi məlum oldu

Milli Məclisin mayın 23-də keçiriləcək iclasının gündəliyi məlum olub.   Sfera.az xəbər verir ki, gündəliyə 13 məsələ daxil edilib.   Həmi...

İnsult keçirən Fatma Mahmudova yenə xəstəxanalıq oldu

Bir müddət əvvəl insult keçirən Xalq artisti Fatma Mahmudovanın başına iş gəlib.   Sfera.az xəbər verir ki, aktrisanın bu dəfə qolu sınıb. F.Mahmudov...

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Dələduzluq ittihamı ilə 9 il azadlıqdan məhrum edilən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.  ...

Azərbaycanda film kimi OĞURLUQ: 10 kiloqram qızılı belə gizlətmək istədilər

Şamaxı şəhərində quldurluq hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata əsasə...