Çin elektromobillərinin “düşmən”lərinin sayı ARTIR - Daha bir ölkə...

Çin elektromobillərinin “düşmən”lərinin sayı ARTIR - Daha bir ölkə...

Avropa İttifaqı və ABŞ-dən sonra Kanada da Çin istehsalı olan elektrik avtomobilləri (elektromobil) üçün yeni tariflər tətbiq etməyi planlaşdırır.

 

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, Kanada hökuməti elektromobillərə 100 faiz vergi tətbiq etməyə hazırlaşır. Kanadanın baş naziri Castin Trüdonun bu qərarı Nazirlər Kabinetinin iclasında açıqlayacağı gözlənilir.

 

Kanadanın ABŞ ilə ticarət əlaqələri güclüdür və hökumət bu əlaqələrə uyğun davranır. ABŞ-nin Çinin elektrik avtomobilləri, onların batareyaları, günəş batareyaları, polad və digər məhsullarına qarşı daha yüksək tarif tətbiq etmək üçün atdığı addımların oxşarını Kanadanın da atacağı ehtimalı güclüdür.

 

Kanadanın avtomobil sənayesi ən yaxın qonşusu ilə yüksək dərəcədə inteqrasiya olunub. Keçən il 1,5 milyon ədəd yüngül avtomobil istehsalının böyük əksəriyyəti ABŞ-yə ixrac edilib. Bu asılılıqdan irəli gələrək Kanadanın da ABŞ kimi Çin elektromobillərinin idxalını məhdudlaşdıracağı gözlənilir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...