Azərbaycan millisi iki yoldaşlıq görüşü keçirəcək

Azərbaycan millisi iki yoldaşlıq görüşü keçirəcək

Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsinə hazırlıq məqsədi ilə 2 beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

 

Sfera.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda sentyabrın 19-da və 20-də Çexiya yığması ilə gücünü sınayacaq.

 

Hər iki oyun Zlin şəhərində keçiriləcək.

 

Qeyd edək ki, millimiz Avropa çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla qarşılaşacaq.


OXŞAR XƏBƏRLƏR